"Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi"nin məktəb mərhələsi keçirildi
Şagirdlərin kimya elminə olan marağının atrırılması, bu sahədə nəzəri və təcrübi biliklərin təkmilləşdirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə Bakı şəhəri üzrə Təhsil İdarəsinin 15.11.2017 ci il tarixli 229 nömrəli əmrinə əsasən IX -XI sinif şagirdləri arasında "Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi" nin keçirilməsi nəzərdə tutulmuşdur. Əmrə əsasən məktəbdə şagirdlər arasında müsabiqənin məktəb mərhələsi-seçim turu keçirildi.Müsabiqədə iştirak edən şagirdlər 30 test sualı və 2 məsələdən ibarət tapşırıqları yerinə yetirdi. XI sinifdən İsmayıllı Orxan, X sinifdən Qasımova Sevinc, IX sinifdən Əliyev Nicat müsabiqənin növbəti mərhələsində iştirak etmək üçün vəsiqə qazandı.