Müəllimlər Beynəlxalq seminarda iştirak etdilər
Azərbaycan Müəllim İnkişaf Mərkəzi tərəfindən 16 və 17 noyabr tarixlərində "Öyrənməyi öyrənmək" adlı II beynəlxalq Təlim Konfransı və 18 noyabr 2017-ci il tarixdə konfrans sonrası "Master klass" seminarları keçirilmişdir. Konfrans müddətində iştirakçılar öyrənməyin mahiyyəti,bilmək və öyrənmək arasındakı fərq və əsl öyrənməyin necə olduğuna dair biliklərini inkişaf etdirmişlər. Bundan əlavə konfransda düşünmə prosesinin necə baş verdiyini,müəllimlərin ağıllı düşünmək bacarığınınecə təşfiq edə biləcəkləri və şagirdlərin təlim nəticələrinin inkişaf etdirilməsində beynin məlumatı necə emal etdiyinin rolu təhlil olundu. Konfransda 2 tanınmış beynəlxalq tətqiqatçı Leyn Klark (Kanada) və Mett Bromli (BK) iştirak edirdi. Əsas məruzəçilərlə yanaşı, yüksək təcrübəli xarici və yerli təhsil işçiləri və müəllimlərdə bölmə seminarlarında müxtəlif mövzularda təqdimat etdilər. Konfransda məktəbin direktoru Mehtiyeva Narınc, ana dili müəllimləri Dadaşova Samirə, Süleymanova Rəna ,Əliyeva Natavan, tarix müəllimi Abbasova Aynur, fizika müəllimi Xalıqova Züleyxa, riyaziyyat müəllimi Feyzullazadə Hökümə iştirak edirdilər. Onlar "Real öyrənmə" və "Öyrənməni reallaşdır" mövzulu seminarlarda iştirak etmişlər. Sonda hər bir iştirakçı 2 sertifikatla təltif edilmişdir.