Siniflərdə riyaziyyat fənnindən monitorinq aparıldı
Azərbaycan Respublikası təhsil nazirinin 28 avqust 2017-ci il tarixli 261 nömrəli əmrinə əsasən 2017-2018-ci tədris ili "Təhsildə keyfiyyət ili" elan edilmişdir.Bununla əlaqədar Bakı şəhəri üzrə Təhsil İdarəsinin fəaliyyət planına əsasən məktəbdə noyabr ayı-"Riyaziyyat aylığı" elan edilmişdir. Aylığın tədbirlər planına uyğun olaraq Kiriçenko Rada və Feyzullazadə Hökümə VI siniflərdə riyaziyyat fənni üzrə monitorinq keçirdi. 45 dəqiqə ərzində 5 açıq sualdan istifadə olundu.Nəticələr yoxlanılaraq metodbirləşmə və metodiki şura iclaslarında müzakirə ediləcək və şagirdlərə bu barədə məlumat veriləcək.