Metodiki şuranın növbəti iclası keçirildi

Azərbaycan Respublikası təəhsil nazirinin 28 avqust 2017-ci il tarixli  261 nömrəli əmrinə əsasən 2017-2018-ci tədris ili "Təhsildə keyfiyyət ili " elan edilmişdir. "Təhsildə keyfiyyət ili" çərçivəsində pedaqoji mühazirələrin keçirilməsi nəzərdə tutulmuşdur. Pedaqoji mühazirələrin keçirilməsində əsas məqsəd təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə  diqqət artırmaq, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək inkişafyönlü təkliflər  hazırlamaqdan ibarətdir. Bu məsədlə sentyabr ayında pedaqoji mühazirələrin mövzuları pedaqoji kollektivə elan edilmişdir. Müəllimlər tərəfindən işlənib hazırlanmış mövzular metodiki şuranın növbəti iclasında müzakirəyə verildi.Təqdim olunmuş 22 mühazirə mövzusundan 13 mövzunun müsabiənin rayon mərhələsinə buraxılması məsləhət bilindi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi