Məktəbdə Cavid Nurməmmədovun xatirəsinə inşa yazı müsabiqəsi keçirildi

Məktəbin VIII-XI sinif şagirdləri arasında "Oriqami" Uşaq və Gənclərin İctimai birliyinin təşkilatçılığı ilə məktəbin adını daşıdığı Cavid Nurməmmədovun xatirəsinə inşa yazı müsabiqəsi keçirildi. Müsabiqə Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.Tədbirdə "Oriqami" ictimai birliyinin sədri Namiq Nəcəfov çıxış edərək şagirdlərə uğurlar arzuladı."Biz sizdən öyrəndik qəhrəmanlığı"  adlı inşa yazı müsabiqəsində şagirdlər Cavid Nurməmmədov və qardaşı Nizami Nurməmmədov haqda qəhrəmanlıq, vətənpərliklə bağlı fikirlərini qeyd etdilər.Tədbirdə həmçinin şəhid qəhrəmanların bacısı Şəlalə Quliyeva və Sabunçu rayon Qarabağ əlilləri və veteranları şurasının sədri Zülfüqar Cəfərov da iştirak edirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi