Məktəbimizə ağır itki üz verdi
08.11.2017-ci il tarixdə məktəbdə "9 noyabr Bayraq Günü"nə həsr olunan tədbir zamanı məktəbin Tərbiyə işləri üzrə direktor müavini Hüseynova Rahilə Telman qızı qəfil ürək çatışmazlığı nəticəsində dünyasını dəyişmişdir.1994-cü ildən məktəbimizdə rus dili müəllimi kimi fəaliyyətə başlayan mərhum Hüseynova Rahilə 2008-ci ildən son günə kimi Tərbiyə işləri üzrə direktor müavini kimi fəaliyyətini davam etdirib.İşlədiyi müddətdə müəllim və şagird kollektivinin dərin hörmətini qazanmışdır.Kollektivə, şagirdlərə bəslədiyi xoş və qayğıkeş münasibəti onu sevənlərin qəlbində daim yaşadacaq. 108 nömrəli məktəbin şagird, müəllim, valideyn kollektivi adından mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, səbr diləyirik. Sizi heç vaxt unutmayacağıq sevimli Rahilə müəlliməmiz.Allah rəhmət eləsin.