X "B" sinfində Gənclərin çağırışaqədərki hərbi hazırlıq dərsi "Bayraq Günü" nə həsr edildi

Məktəbin hərbi rəhbəri, Qarabağ qazisi kapitan Manafov Manafın rəhbərliyi ilə X "B" sinfində Gənclərin çaığrışaqədərki hərbi hazırlıq dərsi "Bayraq Günü" nə həsr edildi. Dərs Azərbaycan Respublikasının Dövlət atributlarından olan Azərbaycan Respublikasının Dövlət himni ilə başladı.Sonra dərs zamanı bayraq haqqında şagirdlərlə sorğu aparıldı.Sorğu zamanı şagirdlər bayraq haqqında bildikləri məlumatları qeyd etdilər.Sorğuda iştirak edən şagirdlərdən Babayev Rafiq, Allahverdiyev Xalid, Əliyev Ruslan, Əliyeva Xanım, Məmmədova Elmira, Məmmədova Ülkər bildirdilər ki, Azərbaycan Respublikasının Dövlət bayrağı 1918 -ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Məmməd Əmin Rəsulzadə tərəfindən yaradılıb. Azərbaycan bayrağı ilk dəfə 7 dekabr 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı Parlament binası üzərində qaldırılmışdır. Bayrağımız 3 rəngdən -ortasında ay ulduz olan göy, qırmızı, yaşıl rəngli zolaqdan ibarətdir. Göy rəng türkçülüyümüzün, qırmızı rəng müasirliyimizin, yaşıl rəng islamçılığımızın simvoludur. Qırmızı rəngin ortasında təsvir edilmiş aypara və səkkizguşəli ulduzun mənası haqda tədqiqatçıların və alimlərin fikirləri müxtəlifdir. Fikirlərin birində ayparanın Bizansın gerbi olduğu bildirilir. Osmanlılar Konstontinopolu tutduqdan sonra, həmin gerb islam dinin simvolu kimi seçilib və bu dindən olan xalqlar arasında yayılıb. Başqa bir fikirdə isə ayparanın türk xalqlarının simvolu olduğu göstərilir. Səkkizgüşəli ulduzun mənası haqqında da müxtəlif fikirlər vardır. Bəzi fikirlərdə Rəsulzadə dövləti qurarkən 8 pirinsipə əsaslandığı, başqa bir fikirdə isə səkkiz güşənin “Azərbaycan” sözünün əski əlifbadakı yazılışı ilə bağlı olduğu göstərilir. Yəni, Azərbaycan sözü əski əlifbada səkkiz hərfdən ibarətdir. Digər maraqli fikir isə bayraqdakı səkkizgüşəli ulduzun mənasının səkkiz türk tayfasının adı ilə bağlı olmasıdır. Dərsin davamı həyətdə bayraq yürüşü edilərək davam etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi