"11A və 11B sinifləri üçün son zəng çalındı"

Bu gün məktəbimizdə 11A və 11B sinifləri üçün "Son zəng" mərasimi keçirildi. Tədbir zamanı məzunlar illərdir keçdikləri məktəb həyatına vidalarını duyğulu anlarla ifadə etdilər. Tədbirdə məktəbin direktoru Nəriman Məmmədzadə şagirdlərə uğurlar arzuladı, 2024/2025 ci ildə məktəb uğurlarini diqqətə çatdırdı. Daha sonra tədbirin qonaqları şəhid anaları və Sabunçu III seçki dairəsinin sədri Hacıbala Babayev məzunlara öz ürək sözlərini çatdırdılar. Qonaqlar çıxış edərək vətənə xidmətin, təhsilin və ailə tərbiyəsinin əhəmiyyətindən danışdılar, məzunlara gələcək yollarında uğurlar arzuladılar. Müəllim və valideynlərin çıxışları, təqdim olunan videoçarxlar və musiqili nömrələr tədbirə xüsusi rəng qatdı. Məktəb rəhbərliyi şagirdlərə gələcək həyatlarında uğurlar arzuladı, onların hər birinə öz tövsiyələrini verdi. Məzunlarla xatirə şəkilləri çəkildi və məktəblə vidalaşan gənclər gələcəyə inamla baxdı.