Tədris İlinin Son Pedaqoji Şurası Keçirildi

Məktəbimizdə 2024–2025-ci tədris ilinin yekunlarına həsr olunmuş son pedaqoji şura iclası keçirildi. Pedaqoji şuranı məktəbin direktoru Nəriman Məmmədzadə müəllimləri salamlayaraq, açıq elan edib. O, bu tədris ilində şagirdlərimizin uğurları, beynəlxalq müsabiqələrdə əldə etdikləri nailiyyətlər haqqında məlumat verib, bu işdə əməyi keçən hər bir müəllimə öz təşəkkürünü bildirib.
İlk öncə 2024-2025-ci tədris ilində görülən işlər və növbəti tədris ilində qarşıda duran məsələlər müzakirə edildi.. Daha sonra şagirdlərin təlim nəticələri, biliyi qiymətləndirilməyən, yay tapşırığı alan, buraxılış imtahanlarının nəticələri barədə hesabatları pedaqoji kollektivin nəzərinə çatdırıblar.
Məktəbin təşkilatçısı İlahə Quliyeva il ərzində məktəbdə keçirilən tədbirlər, görülən işlər, layihələr, şagirdlərimizin intellektual, hərbi, idman,rəsm müsabiqələrində əldə etdikləri uğurlar, həmçinin həyata keçirilən bu işlərin hamısının məktəbin saytında və facebook səhifəsində öz əksini tapması haqqında öz hesabatını təqdim edib.
Məktəbin psixoloqu Tükəzban Bayramova il ərzində “Narkomaniya”, “Sağlam həyat tərzi”, “Zərərli vərdişlər” və s. mövzular ətrafında apardığı maarifləndirici söhbətlər, məktəbdə sağlam emosional mühitin yaradılması sahəsində aparılan işlər haqqında məlumat verib.
Cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
İclasın sonunda il ərzində tədbirlərdə, layihələrdə, məktəbin ictimai işlərində fəal iştirak edən, tədbir və layihələri təşkil etdiklərinə görə bir sıra müəllimlər Fəxri Fərman ilə təltif ediliblər.