9 Noyabr Dövlət Bayrğı Günü münasibəti ilə şeir müsabiqəsi keçirildi

Bayraq insanlarda vətənə sevgi və məhəbbət hissləri yaradır. Gənc nəsilin Azərbaycan bayrağına hörmət ruhunda tərbiyə edilməsi, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmləndirilməsinə xidmət göstərir. Şagirdlərdə Vətənə sevgi, bayrağa hörmət və sevgi hissinin yüksəldilməsi istiqamətində şagirdlərlə bir sıra tədbirlər həyata keçirilir. Bayraq Gününə həsr edilən şeir müsabiqəsi də belə tədbirlər biri idi. II-IV sinif şagirdləri arasında keçirilən şeir müsabiqəsində şagirdlər Vətənə , bayrağa həsr edilən şeirlər söylədi. Müəllimlərdən təşkil edilən münsiflər heyəti şagirdləri dinləyərək onlarda vətənə, bayrağa olan sevgi hissini alqışladı.Məktəbin direktoru Mehtiyeva Narınc çıxışında qeyd etdi ki, üçrəngli bayrağımız milli birliyimizin təcəssümü, şəhid ruhlarının daşıyıcısıdır. Şəhidlər xiyabanında dəfn edilən Azərbaycan torpaqlarının müdafiəsində qəhrəmanlıqla şəhid olmuş milli qəhrəmanlarımız Mübariz İbrahimov və Fərid Əhmədovun cənazələri üçrəngli bayrağımıza bürünmüşdür Dostlarımızı sevindirən, düşmənimizi xar edən üçrəngli bayrağımız dövlətimizin varlığını onun əzəmətini və gücünü bütün dünyada təsdiqləmişdir. Gün gələcək müstəqil Azərbaycanımızın üçrəngli milli bayrağı daha yüksəklərə ucalacaq Şuşada , Qarabağda dalğalanacaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi