"Bayraq Günü" ilə bağlı tədbir keçirildi

Bayraq mənliyimdir, bayraq kimliyim, Bayraq öz yurduma öz hakimliyim.Harda əcdadımın ayaq izi var Bu zəfər bayrağım orda dikəlsin.Keçdiyi yerlərdə dağlar yamaclar,Onun hüzuruna salama gəlsin.Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur.Məktəbin VIII "B" sinif şagirdləri "9 Noyabr Dövlət Bayrağı Günü" münasibətilə tədbir keçirdi. Tədbirdə dövlət bayrağı haqqında məlumat verildi. Şagirdlər bayrağa həsr edilən şeilər söylədilər. Məktəbin direktoru Narınc Mehtiyeva çıxış edərək hamını bayraq günü münasibətilə təbrik etdi.O, qeyd etdi ki, vətən uğrunda, bayraq uğrunda canından keçən neçə igidlərimiz var. Azərbaycanın üçrəngli ilk bayrağı Azərbaycan Xalq Cümhuriyyəti dövründə Məmməd Əmin Rəsulzadə tərəfindən təsis edilmişdir.Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir. Tədbirdə "Oriqami" Uşaq ,Yeniyetmə və Gənclərin İctimai Birliyinin sədri NamiqNəcəfov da iştirak edirdi. O da öz növbəsində şagirdləri təbrik etdi tədbirlə bağlı fikirlərini söylədi. Belə bir tədbirdə iştirak etdiyi üçün minnətdarlığını bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi