Bülbülün ev muzeyində

Məktəbin şagirdləri musiqi müəllimi ilə birgə dahi ifaçı Bülbülün ev muzeyinə səyahət etmişdirlər. Onlar burada Bülbülün həyat və yaradıcılığı ilə yaxından tanış olmuş, onun həyat yolunu eks etdirən foto stendə baxmışdırlar. İfaçının həyat yolu nə qədər maraqlı olmuşdursa evi də həmçinin bir o qədər şagirdlərin marağını cəlb etdi. Evdə olan müxtəlif otaqlar -ifaçının iş otağı , qonaq otağı və digər otaqlar öz rəngarəngliyi baxımından göz oxşayırdı.Sonda muzey rəhbərliyi adından məktəbə Bülbül haqqında yazılmış kitab hədiyyə edildi. Müəllim arzu və istək dəftərinə öz fikirlərini yazdı . O, muzeyi bəyəndiklərini və buraya yenə gələcəklərini qeyd etdi, xatirə şəkili çəkildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi