“Mən və hüquqlarım” adlı məktəblərarası rəsm müsabiqəsində şagirdimizin iştirakı
20 noyabr “Ümumdünya uşaq hüquqları günü” ilə əlaqədar 20 oktyabr – 20 noyabr tarixlərində elan olunan “Uşaq hüquqları aylığı” çərçivəsində Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyətinin təşkil etdiyi “Mən və hüquqlarım” adlı məktəblərarası rəsm müsabiqəsi keçirildi. Müsabiqədə məktəbimizin istedadlı IX b sinif şagirdi Əliyeva Nuranə rəsm işi ilə iştirak etdi. Tədbirə dəvət edilmiş qonaqlar içərisində əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, görkəmli xalq rəssamı Arif Hüseynov gənc rəssamların təsvir etdiyi rəngarəng kompozisiyalarla yaxından tanış olub, yüksək qiymətləndirdilər. Tədbirin sonunda qonaqlarla xatirə şəkli çəkdirildi.