"Hüquqi dövlətin əsasları" adlı olimpiada keçirildi
Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi tərəfindən "12 noyabr Konstitutsiya günü" münasibətilə məktəbin 20 nəfər XI sinif şagirdlərinin iştirakı ilə "Hüquqi dövlətin əsasları" adlı olimpiada keçirildi. Olimpiada Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Aparatının Mülki Hüquq şöbəsinin müdir müavini Əliyev Səlahəddin Gülbaba oğlu tərəfindən keçirildi. Olimpiada Azərbaycan Respublikası Konstitutsiyasını əhatə edən 50 test sualından ibarət idi. Olimpiada 10:00 başladı 1 saat davam etdi. Səlahiyyətli nümayəndə tərəfindən qaydalar izah edildi, testlər paylandı. Qeyd edildi ki, sonda qaliblər mükafatlandırılacaq.