1 Noyabr "Kənd təsərrüfatı işçilərinin peşə bayramıdır"
Prezident İlham Əliyevin 16 oktyabr 2008-ci il tarixli fərmanı ilə 1 noyabr kənd təsərrüfatı işçilərinin peşə bayramı qeyd olunur. X "A" sinfində biologiya müəllimi Yolçuyeva Nərmin şagirdlərə bu barədə məlumat verdi. Ölkəmizdə kənd təsərrüfatına verilən dövlət dəstəyindən danışdı. Bununla yanaşı ölkə prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illərdə kənd təsərrüfatının inkişaf etdirilməsi, ölkə iqtisadiyyatına verdiyi töhfələrdən danışdı. Prezident İlham Əliyev kənd təsərrüfatının ərzaq təhlükəsizliyində və qeyri-neft sektorunun inkişafında mühüm rolunu nəzərə alaraq, 2015-ci ili Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edib. Sonda ölkəmizdə kənd təsərrüfatının inkişafını əks etdirən videoçarx nümayiş etdirilmişdir.