I "A" sinfində passiv mütaliə dərsi keçirildi

Məktəb kitabxanasında direktor Mehtiyeva Narınc, kitabxanaçıların iştirakı ilə I "A" sinfində passiv mütaliə keçirildi.Şagirdlərdə passiv mütaliə vərdişlərinin formlaşdırılması barədə müazkirələr aparıldı. Müzakirəni I "A" sinif rəhbəri Rufullayeva Sevinc müəllim apardı. Bu məqsədlə "Tədbirli dovşan " nağılı seçildi. Əvvəlcədən nağıl kitabı şagirdlərə göstərildi, şəkillərə baxaraq uşaqlar təxmini olaraq nağılda nədən danışılacağı barədə fikir söylədi. Sonra nağıl müəllim tərəfindən oxundu. Nağılı diqqətlə dinləyən şagirdlər müzakirədə fəal iştirak etdilər, öz fikirlərini bildirdilər. Müzakirədə direktor Mehtiyeva Narınc müəllimdə iştirak edərək şagirdləri dinlədi. O, şagirdlərə sevdikləri heyvanlar barədə suallar verdi və müxtəlif maraqlı cavablar aldı. Sonda I "A" sinfinə "Təbiəti qoruyanlar" sinfi adı verildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi