Metodiki şuranın növbəti iclası keçirildi
Metodiki şuranın II iclası keçirildi. İclasda metodbirləşmə rəhbərləri iştirak edirdi. Məktəbin direktoru Mehtiyeva Narınc çıxışında " Təhsildə keyfiyyət ili" ilə bağlı keyfiyyətli təhsil barədə söhbət apardı. O,qeyd etdi ki, təlim yalnız bilik əldə etməyə bacarıqlar formalaşdırmağa yox, həm də uşaqda emosional sferanın, yaradıcı qabiliyyətlərin inkişafında, fəal və məsuliyyətli vətəndaş üçün vacib olan dəyərlərin və münasibətlərin formalaşmasına imkan yaradır.Təlimdə təhsilin keyfiyyətinin yüksəldilməsinə -təlimdə uşağın müstəqilliyinə istinad, uşağın fəallığı, yaradıcılığının meydana çıxması üçün şəraitin yaradılması, təşəbbüskarlıq, yaradıcılıq, təhsil texnologiyalarından istifadə əsas amillərdən sayılır. Bununla yanaşı təhslilin keyfiyyətinin yüksəlməsində şagirdlərin həyəcan və utancaqlıq hisslərinin dəf edilməsi də mühüm amildir.Təhsildəki bəzi nöqsanları aradan qaldırmaq üçün məktəb-valideyn əlaqəsini gücləndirmək lazımdır. Həmçinin qeyd etdi ki,ümumi təhsildə qarşıya qoyulan hədəflərə nail olmaq ən mühüm vəzifədir. Ümumi təhsilin keyfiyyətinə bir başa təsir göstərən metodiki işin düzgün qurulması, məktəbdə innovativ texnologiyanın tətbiqi, dərslərdə məhsuldar təlim mühitinin yaradılması məsələləri də müzakirə edildi. Bundan əlavə istedadlı şagirdlərlə işlərin təşkili, daxili olimpiadaya hazlıq işləri, valideyn- məktəb münasibətlərinin tənzimlənməsi, aylıqların keçirilməsi barədə təkliflər verildi .