Kitabxanada əsərlərin oxunuşu və müzakirəsi keçirildi
Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən " 2017-ci il İslam həmrəyliyi ili" çərçivəsində məktəbdə tərtib edilmiş tədbirlər planına əsasən növbəti tədbir həyata keçirildi. Kitabxanada " Kitabxanalarımızda xalımızın milli-mənəvi və bəşəri dəyərlərinin əks olunduğu ədəbi əsərlər"in oxunuşu və müzakirəsi təşkil edildi. Müzakirədə kitabxana müdiri Həsənova Natavan , kitabxanaçı Ələkbərova Ofella və Azərbaycan dili müəllimi Qulamova Şəhla iştirak edirdi. Əvvəlcə Kitabxana müdirəsi Həsənova Natavan çıxış edərək xalımızın milli-mənəvi dəyərlərinin əks olunduğu əsərlər barədə məlumat verdi.Ədəbiyyat müəllimi Şəhla Qulamova ədəbiyyat dərslərində keçilən əsərlərdə milli mənəvi və bəşəri dəyərlərin əks olunduğu ədəbi əsərlər barədə danışdı.Şagirdlərdə müzakirədə iştirak edərək öz fikirlərini bölüşdülər və hətta bəzi əsərlərdən hissələr də səsləndirdilər.