Şövkət Məmmədovaya həsr edilən dəyirmi masa keçirildi

VI sinifdə ilk qadin opera ifaçısı olan Şövkət Məmmədovaya həsr olunmuş “Azərbaycan səhnəsində ilk qadın ifaçısı “ mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masada ilk qadın ifaçısının səhnəyə çıxmasından və onu səhnəyə gətirən musiqiyə olan sevgisindən söhbət açılmısdır. Azərbaycan incəsənətində ilklər sırasında Şövkət Məmmədovanın rolu əvəzedilməzdir və incəsənət tarixində silinməz izlər buraxmısdır. Bu dəyirmi masa zamanı şagirdlər ilk qadın ifaçısının səhnəyə gəlməyinin çox çətin məqamlarını yada salmışlar. Şagirdlər Şövkət Məmmədovanın ifasında yerli ve xarici bəstəkarların əsərlərini dinlədilər. Onlar həqiqətən də sənətkarın gözəl soprana səsə malik olmalarını qeyd etdilər. Şagirdlər həmçinin Şövkət Məmmədovanın təhsil almasında Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun və Hacı Zeynalabdin Tağıyevin əvəzedilməz rolu barəsində söhbət açmışdırlar. Sonda Şövkət Məmmədovanın həyat ve yaradıcılığına həsr olunmus sənədli filmə tamaşa etmisdirlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi