Şagirdlərin fərdi sərgisi təşkil edildi
Məktəbin təsviri incəsənət müəllimi Aybəniz Pənahovanın təşəbbüsü ilə hər ay xüsusi istedada malik olan şagirdlərin fərdi sərgisi çərçivəsində okyabr ayında X"B" sinif şagirdi Babayeva Şəms və IX "B" sinif şagirdi Əliyeva Nuranənin fərdi sərgisi təşkil edildi. Şagirdlərin sərgisində janr müxtəlifliyi, sərbəst movzularda işlənmiş kompozisiyalar ideya zənginliyi ilə diqqəti cəlb edir. Gənc istedadlar yaratdıqları rəsm əsərlərində yağlı boya, akril, pastel, tuş, kömür, sangina, sadə qələm və s. texnikalardan məharətlə istifadə etmişlər. Qeyd etmək lazımdır ki, sərgidə iştirak edən şagirdlər dəfələrlə müxtəlif yerli və beynəlxalq rəsm müsabiqələrinə qatılmış, uğurlu nailiyyətlər əldə etmişlər.