21 Sentyabr Beynəlxalq Sülh günü qeyd edildi

21 sentyabr Beynəlxalq Sülh günüdür. Sülh bəşəri rəmzə çevrilərək insanların arzu etdiyi və can atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirən bir məfhumdur. Ona görə də dünya ölkələrinin yekdil qərarı ilə BMT 1981-ci il 21 sentyabr tarixinin Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Hər il olduğu kimi 21 avqust -21 sentyabr Azərbaycanda İnsan hüquqları üzrə müvəkkilin təşəbbüsü ilə "Sülh aylığı " keçirilir. Aylıq çərçivəsində məktəb üzrə bir sıra tədbirlər həyata keçirilib.İnsan hüquqları konvensiyasını əks etdirən stend hazırlanmışdır. Siniflərdə sülhə həsr edilən dərslər keçirilmişdir."Biz sülh istəyirik" adlı şeir müsabiqəsi keçirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi