"Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı" -mövzusunda tədbirlər qeyd edildi

Təhsil naziri Mikayıl Cabbarov “Ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi haqqında” əmr verib. 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunub. Məktəbin direktoru "Bilik günü" tədbiri zamanı çıxış edərək mövzu barədə məlumat verdi. Bundan əlavə tədbirdə qonaq qismində çıxış edən ""Qarabağ əllilləri, veteranlar və şəhid ailələri" ictimai birliyinin sədri Qarabağ qazisi Cəfərov Zülfüqar və məktəbin hərbiçi valideyni Cəlilov Kamil çıxış edərək həmin hadisələr barədə məlumatlar verdilər.daha sonra mövzu siniflərdə davam etdirildi.Məktəbin foyesində “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” -mövzusunda stend hazırlandı. Cocuq-Mərcanlıda bərpa işlərini əks etdirən şəkillərdən ibarət sərgi təşkil edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi