XI sinif üçün "Son zəng" çalındı

14 iyun tarixində respublikada XI siniflər üçün "Son zəng" çalındı. Bu "Son zəng" onların məktəb həyatının sonuncu zəngi olsada müstəqil həyatın ilk zəngidir. Onlara bu keşməkeşli, müstəqil həyatlarında uğurla addımlamalarını arzu edirik. Son zəng tədbirini giriş sözü ilə açan məktəbin direktoru məzunları təbrik etdi. Onları gələcək həyatlarında güclü, savadlı bir mütəxəssis kimi görmək istədiyini bildirdi. Şagirdlər də öz çıxışlarında qeyd etdilər ki," Həyatımız bir göz qırpımında keçdi. Bu 11 ilin necə gəlib keçdiyinin heç fərqinə varmamışıq. Acılı, şirinli günlərimiz olub. Nə qədər şirin xatirələr apardı ötən illər. Biz bu gün anlayırıq məktəbin dəyərini. Bəzən etdiyimiz hərəkətlərə görə peşman olduq. Müəllimlərimizi çox incitdik, onlar isə bizə hər şeyin doğrusunu göstərmək istədilər. Məktəb illəri kimi hamının yaddaşında dərin iz qoyan bir zaman mərhələsi ola bilməz." Sonra söz XI sinfin sinif rəhbəri Feyzullazadə Hökümə müəllimə verildi. O, da öz növbəsində bütün XI sinif şagirdlərini təbrik etdi. Arzu etdi ki, səsləri ali məktəblərdən gəlsin. Tədbir XI sinif şagirdlərinin oxuduqları "Məktəb illəri" və "Sonuncu zəng"in vurulması ilə başa çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi