IV "Ç" sinfində parkda qeyri-standart riyaziyyat dərsi
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun təşəbbüsü ilə BMT tərəfindən 5 iyun tarixində “Ümumdünya ətraf mühitin mühafizəsi günü”nün qeyd olunması məqsədilə keçirilən “Təbiətlə insanların vəhdəti” adlı layihəyə məktəbimiz də qoşulmuşdur.Ümumdünya ətraf mühitin mühafizəsi günü planetimiz və onun resursları barəsində maarifləndirmə məqsədilə Birləşmiş Millətlər Təşkilatı tərəfindən təşkil olunan ən böyük tədbirdir. “Təbiətlə insanların vəhdəti” 2017-ci ildə keçiriləcək tədbirin mövzusu seçilmişdir. Şagirdlər uşaqlıqdan təbiətə yaxın olsa, bu onları planetimizə ehtiyatla yanaşmağa və gələcəkdə dayanıqlı dünyanı təmin etməyə təhrik edəcək. Naturalist Devid Attenboro deyir: “Körpəlikdən təbiətin gözəlliyinə heyran olmayan uşaq yoxdur. Biz təbiətin bir hissəsiyik”. Pərvinə Qədimova tərəfindən şagirdləri özlərini təbiətin bir hissəsi kimi hiss etmələrini təmin etmək üçün məktəbimizin IV"Ç" sinif şagirdləri ilə birlikdə riyaziyyat dərsini park ərazisində keçirmişdir. Dördüncülər “Məlumatı araşdırın və təqdim edin” mövzusunda keçdikləri qeyri-standart dərs zamanı park ərazisində müxtəlif mövzularda araşdırma aparmış və nəticələri müxtəlif formalarda (barqraf-diaqram, cədvəl) təqdim etmişlər.