“İnsan hüquqları aylığı” çərçivəsində “İnsan hüquqları və demokratiya” adlı seminar keçirildi
Məktəbimizdə məktəbin Valideyn Komitəsinin üzvləri ilə “İnsan hüquqları aylığı” çərçivəsində “İnsan hüquqları və demokratiya” adlı seminar keçirilmişdir. Uşaq Hüquqları Haqqında Konvensiyaya əsaslanaraq seminar iştirakçılarına uşaqların hüquq və azadlıqları haqqında ətraflı məlumat verilmişdir. Seminar interaktiv formada keçirilmişdir. Mövzuya müvafiq oyun keçirilmiş və video materiallar valideynlərə təqdim olunmuşdur. İştirakçılar aktiv şəkildə sualları cavablandırmış, müzakirələr aparılmışdır. Seminarda məktəb rəhbərliyi və valideynlər iştirak etmişdir.