Məktəb "Suriyadakı uşaq və gənclər üçün bir ümid" adlı kampaniyaya qoşuldu

Bakı şəhəri üzrə Təhsil İdarəsinin Bakı şəhəri ümumi təhsil məktəblərinin direktorlarına ünvanladığı məktubuna cavab olaraq məktəb "Böyük İpək yolu" Beynəlxalq Gənclər İttifaqının "1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr edilmiş "Suriyadakı uşaq və gənclər üçün bir ümid" adlı sosial kampaniyaya qoşuldu. Kampaniya çərçivəsində məktəblilər tərəfindən hazırlanmış əl işləri və hədiyyələr, uşaq və gənclərin istifadə edə biləcəyi əşyalar toplanıldı. Məktəblilər kampaniyada çox fəal iştirak etdilər. Toplanılan əşyalar "Böyük İpək yolu" Beynəlxalq Gənclər İttifaqına göndərildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi