"İnsan hüquqları aylıği" ilə əlaqədar siniflərdə söhbətlər aparıldı

"İnsan hüquqları aylığı"ilə əlaqədar olaraq siniflərdə bir sıra söhbətlər aparıldı. Məktəbin tibb bacısı Mirzəyeva Zinyət şagirdlərlə söhbət zamanı bildirdi ki, Azərbaycan Respublikasının Uşaqlar haqqında Qanununun Maddə 9.da deyilir ki," Uşağın həyatı və sağlamlığının mühafizəsi hüququ var. Hər bir uşağın həyat və sağlamlığının mühafizə edilməsi hüquqi vardır. Dövlət uşaqların həyatının mühafizəsi və sağlam inkişafını təmin edir, ekoloji təhlükəsizliyini təmin edən şərait yaradır, onların keyfiyyətli yeməklə, içməli təmiz su ilə təchizi üçün müvafiq tədbirlər görür. Uşaqların “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dispanserizasiyadan keçmək, dispanserizasiyanın nəticələrindən asılı olaraq tibbi göstərişlər əsasında ambulator, stasionar və ya sanatoriya-kurort şəraitində tibbi yardım almaq, dispanserizasiyanın nəticələri, o cümlədən aparılmış müayinə-müalicə tədbirləri, habelə sağlamlığının vəziyyəti haqqında tam və obyektiv məlumat almaq hüquqları vardır. Hər bir insanın hüququ var ki, pulsuz müayinə edilsin. Bir çox hüquqlarımız var ki, sağlamlığımızın qorunmasında bizə yardım edir. O, bir daha şagirdlərə tövsiyyə etdi ki, müayinəyə vaxtlı vaxtında getsinlər, müəyyən problemlər yaranarsa öz hüquqlarını tələb etməyi bacarsınlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi