Qədimova Pərvinə "İbtidai təhsildə müəllimlik proqramı" təlim kursunda

22-26 may tarixlərində Təhsil İnstitutunun təşəbbüsü və YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə Sinqapurun Milli Təhsil İnstitutu tərəfindən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda “İbtidai təhsildə müəllimlik proqramı” adlı təlim kursu keçirilmişdir. Təlim Sinqapurun Milli Təhsil İnstitutunun nümayəndəsi, xüsusi dəvət olunmuş təhsil mütəxəssisi Çan Vi Bun tərəfindən aparılmışdır. Təlimdə iştirak etmək üçün Təhsil Nazirliyi tərəfindən məktəbimizin ibtidai sinif müəllimi Pərvinə Qədimova dəvət olunmuşdur.Son dövrlərdə PİSA tərəfindən keçirilən beynəlxalq qiymətləndirmədə dünya ölkələri arasında birinci yerə çıxmış Sinqapur təcrübəsini aşılamaq, bir dövlət kimi təhsil sahəsində qazandıqları uğurları ibtidai sinif müəllimləri ilə paylaşmaq, öyrənilən təcrübənin təhsil sistemimizə tətbiqi təlimin əsas məqsədi idi. Belə ki, Sinqapur təhsilinin gücünün əsas sirri şagirdlərə yönələn sualların bir başa həyatla əlaqələndirilməsi, Nə üçün öyrətmək? fikrini əsas tutmaları və şagirdləri dəyərlər əsasında öyrətməkdən ibarətdir.