"Gənc xilasedici və yanğınsöndürən" müsabiqəsinin məktəb mərhələsi keçirildi
Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblər üçün nəzərdə tutulmuş "Gənc xilasedicilər və yanğınsöndürən" müsabiqəsinin məktəb mərhələsi keçirildi. Məktəbin VII-VIII-IX sinif şagirdlərindən təşkil olunmuş komanda yanğın və fövqəladə hallar zamanı insanların necə davranmalı olduğu vəziyyəti nümayiş etdirdilər. Məktəbin hərbi rəhbəri Manafov Manafın rəhbərliyi altında müəyyən göstərişlər verildi. Şagirdlərin hər bir fövqəladə hala hazır olmaları, xilasedicinin vəzifələri izah edildi. Yanğın ərazisindən yaralının çıxarılması qaydalara başa salındı.