"Sağlam həyat tərzi" aylığı ilə əlaqədar siniflərdə həkim məsləhət saatları keçirildi
Bildiyimiz kimi may ayı Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblər üçün keçirilməsi nəzərdə tutulan Ekoloji aylıqlar çərçivəsində "Sağlam həyat tərzi aylığı " adı altında qeyd olunur. Aylıqla əlaqədar bir sıra tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də 7 saylı Birləşmiş şəhər poliklinikasının həkimi Əliyeva Bilqeyis xanımın iştirakı ilə bir neçə sinifdə həkim məsləhət saatlarının keçirilməsi oldu. Həkim şagirdlərə sağlam həyat tərzi ilə bağlı bir sıra məsləhətlər verdi. O, qeyd etdi ki, sağlamlıq insan həyatında ən vacib faktorlardan birincisidir. İnsan ilk öncə sağlamlığını qorumalıdır ki, sonradan müəyyən işləri görə bilsin. Sağlamlıq ilk öncə gigiyenadan başlayır. Şəxsi gigiyenamıza fikir verməli, ətrafımızı təmiz saxlamalı, əllərimizi tez tez yumalıyıq. Qidalanmamıza fikir verməliyik. Ayaqüstü qidalanmadan uzaq durmalıyıq. Təbii qidalara üstünlük vermək lazımdır. Sonra həkim insana heç bir xeyri olmayan qidaların insan həyatı üçün, orqanizmi üçün yaratdığı problemlərdən danışdı. Sonda qeyd etdi ki, gəlin sağlamlığımızı qoruyaq, çünki itirilən sağlamlığı heç bir vasitə ilə geri qaytara bilmərik.