Məktəblər arası ana dili və ədəbiyyat fənləri üzrə viktorina keçirildi

108 nömrəli və 255 nömrəli tam orta məktəbin VIII və IX sinif şagirdləri arasında ana dili və ədəbiyyat fənni üzrə viktorina keçirildi. Viktorina 108 nömrəli məktəbdə baş tutdu. Viktorinanın sualları 187 nömrəli məktəbin ana dili və ədəbiyyat müəllimi Qasımova Böyükxanım müəllimə tərəfindən tərtib edilmişdi. Viktorinanı giriş sözü ilə açan məktəbin direktoru Mehtiyeva Narınc xanım hamını salamladı və şagirdlərə uğur arzuladı. Belə yarışların tez tez olmasını təklif etdi. Hər sinifə 15 sual təqdim edildi. Verilən sualların böyük hissəsi dil qaydalarına, müəyyən hissəsi də ədəbiyyatımıza həsr edilmişdi. Yazılı formada cavablandırılan suallara dolğun cavab verən komandalar yarışın qalibi oldular. Münsiflər heyətində oturan məktəblərin dil və ədəbiyyat müəllimləri yarışmanı diqqətlə izləyirdilər. Hər iki məktəbin şagirdləri viktorinada fəal iştirak edirdilər. VIII siniflər üzrə viktorinanın qalibi 108 nömrəli məktəbin komandası oldu. IX siniflər üzrə isə 255 nömrəli məktəbin komandası qalib gəldi. Hər iki komandaya tədbirin sonunda təltifnamələr verildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi