Şagirdlərimiz Milli İncəsənət Muzeyində ekskursiyada oldular
Hər il 18 may Azərbaycanda Muzeylər günü kimi qeyd olunur. Bu münasibətlə məktəbin bir qrup şagirdi və müəllim heyəti Azərbaycan Milli İncəsənət Muzeyində ekskursiyada oldular. Ekskursiya zamanı şagirdlər muzeyin tarixi ilə tanış oldular. Öyrəndilər ki , İncəsənət Muzeyi Azərbaycanın ən böyük incəsənət muzeyidir və muzeydə on yeddi mindən çox eksponat saxlanılır. 1936-cı ildə əsası qoyulmuş muzey, 1943-cü ildən realist teatr-dekorasiya sənətinin yaradıcılarından biri Rüstəm Mustafayevin adını daşıyır. Hal-hazırda muzey, Bakıda XIX əsrdə inşa edilmiş iki yanaşı tarixi binada - "De Burun sarayı" və "Mariinski Qadın Gimnaziyası" binasında yerləşir. Muzeydə Qədim Şərq və Azərbaycan, Rusiya və Qərbi Avropa incəsənətinin müxtəlif dövrlərini əhatə edən incəsənət əsərləri nümayiş etdirilir. Şagirdlər bir çox eksponatlarla tanış oldular, onlar haqda məlumat əldə etdilər.