Məktəbdə "18 may-18 iyun İnsan hüquqları aylığına " start verildi

18 iyun Azərbaycanda Milli İnsan Hüquqları günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2007-ci il 17 iyun tarixli Fərmanı ilə ulu öndər Heydər Əliyevin 1998-ci ildə ölkəmizdə ilk "İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğu nəzərə alınaraq Azərbaycanda Milli İnsan Hüquqları günü təsis edilib. İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın təşəbbüsü ilə 18 may - 18 iyun tarixində respublikamızda “İnsan hüquqları aylığı” keçirilir. Bu münasibətlə məktəbdə aylıq çərçivəsində tədbirlər planı tərtib edilmişdir. İnsan hüquqlarının müdafiə edilməsi və insan hüquqları barədə məlumatlardan ibarət sərgi təşkil edilmişdir. Sinif təşkilat saatlarında müəyyən sinflərdə şagirdlərin insan hüquqlarının müdafiəsi və pozulma hallarıyla bağlı söhbətlər aparılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi