"Sağlam həyat tərzi " aylığı ilə əlaqədar təqdimat keçirildi
Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən Ekoloji aylıqlar çərçivəsində may ayının "Sağlam həyat tərzi" aylığı adı altında keçirilməsi nəzərdə tutulub. Aylıq çərçivəsində bir sıra tədbirlər həyata keçirilib ki, bunlardan biri də məktəbin ibtidai sinif müəllimi Balayeva Əzətin "Sağlam qidalanmaq " mövzusunda keçirdiyi təqdimat oldu. Təqdimatda məktəbin direktoru Narınc Mehtiyeva, valideyn komitəsinin sədri Əliyeva Arzu,məktəbin tibb bacısı Mirzəyeva Zinyət və məktəb valideyn komitəsinin üzvləri və UBTR də iştirak edirdi. Təqdimat zamanı Balayeva Əzət çıxış edərək bildirdi ki, uşaqların sağlam qidalanmasına nəzarət etmək lazımdır. Onların qeyri-sağlam qidalarla qidalanarkən yaşanan problemlər, əqli və fiziki inkişaflarına mənfi və müsbət təsir göstərən qidalar barədə məlumat verdi. Sonda valideynlərə məlumatlandırıcı bülletenlər paylanıldı.