IV siniflər üzrə "Oxuyub-anlama" müsabiqəsinin II mərhələsi keçirildi
12.05.2017-ci il tarixdə İbtidai sinif aylığı çərçivəsində 13.02.2017-ci il tarixdə keçirilmiş IV siniflər arasında “Oxuyub-anlama” müsabiqəsinin II mərhələsi keçirildi. Şagirdlərə 2 mətn – elmi və bədii mətnlər təqdim olunudu. Şagirdlər 90 dəqiqə ərzində hər iki mətnə dair həm qapalı, həm də açıq tipli suallara cavab verdilər. I mərhələdə qoyulmuş bal məhdudiyyətini keçən şagirdlər mükafatlandırılmışdır. II mərhələdə də qalib gələcək şagirdlər 1 İyun Uşaqların Beynəlxalq Müdafiə Günündə qiymətləndiriləcəklər.