"Zərərli vərdişlərə yox deyək və sağlam olaq" mövzusunda tədbir keçirildi
Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblər üzrə may ayı Ekoloji aylıqlar çərçivəsində "Sağlam həyat tərzi " aylığı keçirilir. Aylıq ərzində məktəbdə bir sıra tədbirlər həyata keçirilmişdir. Belə tədbirlərdən biri də 11.05.2017-ci il tarixində məktəbdə "Zərərli vərdişlərə yox deyək və sağlam olaq" mövzusunda keçirilən tədbir oldu. Tədbirdə şagirdlər zərərli vərdişlərdən- narkotik və psixotrop maddələr və bitkilər barədə məlumat verdi. Onların fiziki və mənəvi ziyanlarından danışdılar. Mövzuyla bağlı bir neçə videoslayd nümayiş etdirdilər. Sonda şagirdlər zərərli vərdişlərin insan həyatına və ətrafdakılara olan təsirini hazırladıqları səhnəciklə nümayiş etdirdilər.