Məktəbimizin müəllim və şagird kollektivi Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmişdir

Məktəbimizin müəllim və şagird kollektivi Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmişdir. Komplekslə tanışlıq zamanı Quba məzarlığının 2007-ci ildə əvvəllər həmin ərazidə yerləşmiş stadionun genişləndirilməsi üçün aparılmış təmir işləri zamanı təsadüf nəticəsində tapıldığını bildirən ekskursiyaçı sonralar buradan tapılmış insan skeletlərinin Quba qəzasında ermənilər tərəfindən törədilmiş vəhşilklə öldürülmüş (kəllə sümüklərinin üzərində olan mismarlar erməni vəhşiliklərinə nümunədir) insanların kütləvi halda basdırılmasının nümunəsi olduğunu bildirdi. Məzarlıq hələ də tam araşdırılmamışdır. Digər nümunələrin araşdırılıb faktların üzə çıxarılması üçün xarici təşkilatlara müraciət olunduğunu bildirən ekskursiyaçı hələ də bu işlərin nəticəsiz qaldığını bildirdi. Abidənin yaxınlığında simvolik olaraq qara mərmərdən baş daşları qoyulmuşdur. Aralarında isə Qubanı şərti simvolu sayılan alma ağacları əkilmişdir. Bu həyat davam edir mesajını ötürmək üçündür. Quba Soyqırımı Memorial Kompleksini tamamlamaq üçün 2013-cü ildə muzey tikilmişdir. Muzeyin daxilində olarkən ermənilərin bütün qəzalarda törətdiyi vəhşiliklər fotolarla nümayiş olunur. Sonda həmin dövrün canlı şahidlərinin dilindən səsləndirilən faktlarla zəngin video nümayiş olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi