Dünya liderlərinin Heydər Əliyev haqqında dedikləri fikirlər barədə albom hazırlanmışdır

Dünyanın lider siyasətçiləri öz dəsti xətti ilə dünayda tanınmışdır. Azərbaycanın ümummilli lideri, ulu öndər Heydər Əliyev öz siyasi xətti ilə siyasi fikirləri ilə dünya liderləri arasında seçilən bir insan olmuşdur. Onun uzaqgörənliyi, iti zəkası onu dünyanın siyasi liderləri arasında seçilməyə sövq etmişdir. Dünyanın bir çox görkəmli siyasətçiləri onun haqqında danışarkən xoş sözlər söyləmişlər. ABŞ prezidenti olmuş C.Buş demişdir ki ,"Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olub. Bu günlərdə Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşıyıb. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olub. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb edib." Rusiya prezidenti Valdimir Putin isə söyləmişdir ki, "Uzun illər ərzində Heydər Əlirza oğlu Əliyevin səmərəli fəaliyyəti xalqlarımızın ümumi tarixi ilə bilavasitə bağlı olub. O, Rusiya və Azərbaycanın strateji tərəfdaşlığının təməlini qoymuş, dostluğumuzun və qarşılıqlı anlaşmamızın möhkəmlənməsinə böyük şəxsi töhfə vermişdir." Fransanın keçmiş prezidenti Jak Şirak isə söyləmişdir ki,"Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirdim."
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi