Qədimova Pərvinə məktəbimizi seminarda təmsil edib

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun təşkilatçılığı ilə Avropa İttifaqi və Avropa Şurasının Birgə Proqramı "Şərq Tərəfdaşlığı ölkələrində İnsan Hüquqlarının Tədrisi və Demokratik Vətəndaşlığın Təşviqi" layihəsi çərçivəsində ibtidai sinif müəllimləri üçün “İbtidai siniflərdə demokratiya və insan hüquqlarının tədrisi” mövzusunda keçirilən seminarın növbəti təlim günləri 2-5 may tarixlərində keçirilmişdir. Təlimdə məktəbimizi ibtidai sinif müəllimi Pərvinə Qədimova təmsil etmişdir. Demokratik məktəb qurmaq, uşaq hüquqlarının məktəblilərə oyunlarla çatdırılması, şagirdlərdə qarşılıqlı dinləmə bacarıqlarının formalaşdırılması, ətrafındakı insanların fikirlərinə hörmətlə yanaşmanın vacibliyi, səriştələr əsasında bacarıqların formalaşdırılmasının düzgün yolları oyunlar, müzakirələr şəklində praktik yolla nümayiş olunmuşdur. Təlim iştirakçılarına 100 saatlıq təlim proqramı keçilmişdir.İlk seminar yanvar ayında təşkil olunmuşdur və may ayına qədər hər bir müəllimə Kamposito dərsliyindən 5 dərs nümunəsi keçirilməsi, dərsin sonunda isə fikirlərini təqdim olunmuş anketə yazmaq tapşırılmışdır. Təmsilçimiz IV "Ç" sinifində bu dərsləri keçmiş və uğurlu nəticələr əldə etmişdir. May ayındakı seminarın ilk günü də elə bu dərslərin müzakirəsinə həsr olunmuşdur. Təlimin son günündə bütün təlim iştirakçıları Azərbaycanda Avropa Şurasının sədr müavini Mr. Joel Mermet tərəfindən sertifikat təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi