May ayı məktəbdə "Sağlam həyat tərzi" aylığı elan edildi
Ekoloji aylıqlar çərçivəsində may ayı məktəbdə "Sağlam həyat tərzi" aylığı elan edildi. Aylığın keçirilməsi üçün tədbirlər planı təşkil edilmişdir. Şagird və müəllimlərə müəyyən tapşırıqlar verilmişdir. Aylıqla əlaqədar şagirdlərin hazırladıqları "Təmizliyə riayət edək ,sağlam olaq " mövzusunda açıqcalardan stend hazırlanmışdır. Tibb bacısı tərəfindən müəyyən xəstəliklər barədə broşürlər şagirdlərin nümayişinə təqdim edilib .Şagirdlərin sağlamlıqla bağlı rəsmlərindən ibarət sərgi təşkil edilmişdir.