"İslam Həmrəyliyi ili" ilə bağlı dəyirmi masa keçirildi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının 2017-ci ili İslam Həmrəyliyi ili elan etməsi ilə əlaqədar məktəbdə tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına əsasən məktəbin fiziki tərbiyə müəllimi Əsədov Vüqar "İslam elminin inkişafında idman və sağlamlıq" mövzusunda məruzə ilə çıxış etdi. Müəllim və şagirdlərin də iştirak etdiyi dəyirmi masada çıxış edərkən Əsədov Vüqar bildirdi ki," İdmanın insan orqanizminə böyük faydası var. Hətta psixoloji sağlamlıq üçün idman düzgün yerinə yetirildiyində çox böyük faydası olur. Amma çox təəssüf ki, idmanla məşğul olan insanlara xüsusilə qadınlara çox az rast gəlmək olur. İslamda bir çox idman növləri məhşurdur. Ən məhşur olanı isə güləşdir. Azərbaycan xalqı qədim dövrlərdən güləşlə məşğul olmuşlar. Hər bir ölkənin milli idman növü olduğu kimi Azərbaycanın da milli idman növü güləşdir. İslam heç bir idman növünə qadağa qoymur. Bir şərtlə ki, idman yarış növünə mərc qoyulmasın və qəbul edilən geyim qaydası pozulmasın. Məsələn: Kapuera idman növünün fəlsəfəsi islamdan bəhrələnib. Həmin idman növünün öz musiqisi var. Həmin müsiqiyə diqqət etsək görərik ki, orada "La ilahə iləllah" və "Allah" sözləri istifadə olunub. Misirdə aparılan müşahidələr və araşdırmalar zamanı məlum olub ki, səcdə etmək insanı xərçəngdən qoruyur. İbadətlərin bir hədəfi də insanı ruhən və cismən sağlam saxlamaq, ruhu və bədəni xəstəliklərdən qorumaqdır. Dinimiz təmizliyi əmr etdiyi üçün bədən sağlığına, namazı, orucu, həcci əmr etdiyinə görə də ruhun sağlamlığına bir vasitədir .Beləliklə islam həm mənəvi sağlamlıqdır, onun şərtlərinə əməl edilərsə fiziki sağlamlığa da böyük fayda verir. Bundan başqa məktəbin hərbi rəhbəri Manafov Manaf və Kiçik Akademiyanın prezidenti İsmayıllı Orxan da mövzuyla bağlı fikirlərini bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi