"Fransız dili aylığı"nın yekunu olaraq tədbir keçirildi
Aprel ayı məktəbdə həmçinin "Fransız dili aylığı " kimi də qeyd edildi. Aylıqla əlaqədar hazırlanan tədbirlər planına uyğun olaraq müxtəlif tədbirlər həyata keçirildi. Divar qəzetləri hazırlandı, fransız yazıçılarının kitablarından ibarət sərgi təşkil edildi, müxtəlif siniflərdə şagirdlərlə Fransanın tarixi , ədəbiyyatı, mədəniyyəti ilə bağlı söhbətlər aparıldı, şagirdləri maraqlandıran suallar cavablandırıldı. Bundan əlavə siniflərdə açıq dərslər keçirildi. Aylığın yekunu olaraq tədbir təşkil edildi.Tədbirdə fransız şairlərinin şeirləri şagirdlər tərəfindən ifa edildi, klassik fransız musiqiləri səsləndirildi, dahi fransız yazıçısı Viktor Hüqonun "Səfillər" əsərindən bir parça şagirdlər tərəfindən səhnələşdirilmiş formada tamaşaçılara təqdim edildi.