"Azərbaycanda müasir təhsil və problemləri" mövzusunda yığıncaq keçirildi
Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin 2016-2017 ci il üçün Fəaliyyət planının 1.1.1.22 bəndinə müvafiq olaraq məktəbdə "Azərbaycanda müasir təhsil və problemləri" mövzusunda yığıncaq keçirildi. Yığıncaqda çıxış edən məktəbin ibtidai sinif müəllimi Kazımova Xırdaxanım bildirdi ki, " Təhsil , təlim -tərbiyə hər bir dövlətin və cəmiyyətin mənəvi dəyərlərini formalaşdırır. Ona görə də hər bir suveren dövlət təhsilin inkişafına xüsusi diqqət yetirir. Hazırda ən zəruri faktor olan müasir təhsil sistemi yeni formalaşan cəmiyyətin ayrılmaz bir hissəsidir. Çünki bu fəaliyyətdə olan bütün sahələrdəki uğurların sayının artırılmasına səbəb olur. Bütün bunlarla yanaşı onu da qeyd etməliyik ki, müasir təhsildə təhsilin inkişafı ilə bərabər həlli mümükün olmayan problemlərdə mövcuddur. Dünya çərçivəsində elmi texniki tərəqqi inkişaf etdikcə müasir təhsil sisteminin də bu sahəylə ayaqlaşmasına ehtiyac duyulur. Sivilizasiya arzusunda olan cəmiyyət dövlətlə birgə təhsil sahəsindəki bir sıra problemlərin aradan qaldırılması üçün birgə işləməli,qarşıya qoyulan problemləri həll etməyə səy göstərməlidir. Azərbaycan təhsilində də inkişafla yanaşı bəzi problemlər mövcuddur. Mövcud olan problemlər vaxtında həll edilməlidir ki, elmi sahədə ciddi nailiyyətlər əldə olunsun.