"Heydər Əliyev irsini öyrənmək və gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur" mövzusunda dəyirmi masa

Ümummilli lider Heydr Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə məktəbin ibtidai sinif müəllimi Bağırova Gülnurə "Heydər Əliyev irsini öyrənmək və gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur" mövzusunda məruzə ilə çıxış etdi. IX siniflərin iştirakı ilə keçirilən dəyirmi masada dahi şəxsiyyət, müdrik lider Heydər Əliyevin irsi, onun gələcək nəsillərə nümunə olacaq fikirləri haqda söhbət aparıldı. Bağırova Gülnurə çıxışında bildirdi ki, Heydər Əliyev elə bir şəxsiyyştdir ki, tarix belə insanların əməlləri və fəaliyyəti ilə yaranır. Heydər Əliyev öz xalqını böyük məhəbbətlə sevən vətənpərvər bir şəxsiyyət idi. Onun keşməkeşli həyatı , zəngin fəaliyyəti bütöv bir dövrün səlanaməsidir. Azərbaycan xalqı çox xoşbəxtdir ki, ona Heydər Əliyev kimi siyasi xadim rəhbərlik edib. Heydər Əliyev irsini öyrənmək və gələcək nəsillərə çatdırmaq bu gün hər birimizin borcudur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi