Məktəbin ibtidai sinif müəllimi Qədimova Pərvinə yeni kurikulumların hazırlanmasında işçi qrupunun üzvü seçilib
Azərbaycan Respublikasının Prezidentinin 19 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrasını təmin etmək məqsədilə “Məktəbəqədər təhsil üzrə kurikulumların və ümumi təhsilin səviyyələri üzrə fənn kurikulumları layihələrinin hazırlanması” üçün işçi qrupu yaradılmışdır. Məktəbimizin ibtidai sinif müəllimi Pərvinə Qədimova İbtidai təhsil pilləsi üzrə işçi qrupunun üzvlərindən biridir. Mütəmadi keçirilən iclaslardan növbətisi təşkil olunmuş, müzakirələr aparılmışdır.