Metodiki şuranın növbəti iclası keçirildi
21.04.2017-ci il tarixdə Metodiki şuranın növbəti iclası keçirildi. İclasda məktəb rəhbərliyi və ibtidai sinif müəllimləri iştirak edirdi. İclasda "2017-2018-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbə hazırlıq qruplarının təşkili barədə Azərbaycan Respublikasının Təhsil Nazirinin əmri" müzakirə edildi. Direktor Narınc Mehtiyeva əmrlə bütün müəllimləri tanış etdi. O, qeyd etdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Uşaqların məktəbə hazırlığının təşkili məsələləri haqqında " 2016-cı il 11 iyul tarixli 271 nömrəli qərarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-ci il üçün Tədbirlər planının 3.1.3.1-ci bəndinin yerinə yetirilməsi məqsədilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamənin " 13.5-ci bəndinə əsasən Məktəbəhazırlıq qrupunun müəllimlərinin əsasən diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərmiş və həmin dərs ilində IV siniflərlə işləyəcək ibtidai sinif müəllimləri arasından seçilməyi nəzarətdə saxlanılsın.