III "A" sinfində şagirdlərin təlim əməyinin monitorinqi keçirildi
III "A" sinfində direktor Narınc Mehtiyevanın rəhbərliyi ilə ana dili fənni üzrə şagirdlərin təlim əməyinin nəticələrinin yoxlanılması üzrə monitorinq keçirildi. Məqsəd şagirdlərin nitqinin inkişaf etdirilməsi və yazılı və şifahi nitqin bir biri ilə tam səviyyədə uzlaşmasının yoxlanılması idi. Şagirdlərə belə bir tapşırıq verildi ki, əzbər bildikləri şeir parçalarını əvvəldən hazırlanmış bir vərəqə yazsınlar.Şeri əzbər yazarkən şagirdlərin dialektizmə yol verməsi, orfoqrafik qaydalara əməl edilib edilməməsi, durğu işarələrinin yerində qoyulub qoyulmaması müşahidə edildi.