Şagirdlər Dendrologiya İnstitutunda ekskursiyada oldular

Bakı şəhəri üzrə Təhsil İdarəsinin nəzdində Ekoloji aylıqlar çərçivəsində aprel ayı "Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi" aylığı qeyd olunur. Aylıq çərçivəsində bir sıra tədbirlər həyata keçirilib. Belə tədbirlərdən biri də şagirdlərin Mərdəkan qəsəbəsində yerləşən Dendrologiya İnstitutuna ekskursiyası oldu. Ekskursiya zamanı İnstitutun bələdçisi şagirdlərə institutun tarixi barədə məlumat verdi. Sonra burada becərilən bitkilər , onların xüsusiyyətləri haqqında ətraflı məlumat verildi. Bununla yanaşı müəllimin köməkliyi ilə şagirdlər Azərbaycan üçün endemik olan və həmçinin xarici ölkələrdən gətirilən bitkilər barədə məlumat topladı. Bu ekskursiya şagirdlərin Azərbaycan təbiəti haqqında biliklərinin artırılmasına böyük köməklik göstərdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi