VI "B" sinfində texnologiya fənnindən açıq dərs keçirildi
18.04.2017- ci il tarixində VI "B" sinfində texnologiya fənnindən "Tərəvəz yeməklərinin hazırlanma texnologiyası" mövzusunda açıq dərs keçirildi. Dərs fəal interaktiv təlim metodlarına əsasən təşkil olunmuşdur. Qruplara ayrılan şagirdlər tərəvəzlərin faydaları haqqında müzakirədə fəal iştirak edib, klaster üsulu ilə hazırlanmış tapşırıqda vitaminlərin növlərini fərqləndirdilər. Tədqiqat zamanı müəyyən edilmiş tərəvəzlərdən ibarət salatlar hazırlayaraq xüsusi tərtibatla təqdim etdilər. Tərəvəzlərin rənglərinə görə faydalarını izah edən müəllim Aybəniz Pənahova təsviri incəsənət, musiqi, biologiya, Azərbaycan dili fənnlərinə inteqrasiya etdi .Dərsdə məktəbin direktoru Narınc Mehtiyeva, tərbiyə işləri üzrə direktor müavini Rahilə Hüseynova, Əhəd Rzayev, İradə İsmayılova, Sevda Sultanzadə, Afət Əmirova, Günay Əliyeva iştirak etdilər.