VIII və IX sinif şagirdləri ilə" Psixoseksual problemlər və onların həlli" mövzusunda söhbətlər aparıldı

Məktəbin biologiya müəllimi Yolçuyeva Nərmin və məktəbin tibb bacısı Mirzəyeva Zinyət VIII və IX sinif şagirdləri ilə "Psixoseksual problemlər və onların həlli" mövzusunda söhbətlər apardılar. Biologiya müəllimi Yolçuyeva Nərmin söhbət əsnasında qeyd etdi ki, yeniyetməlik dövründə şagirdlər bir sıra problemlərlə qarşılaşır. Bu özünü onların həm davranışlarında və fiziki görünüşlərində əks etdirir. Bu zaman yeniyetmələrdə baş verən dəyişikliklər barədə şagirdlərə məlumat verən müəllimə şagirdlərin bu mövzuda suallarını da cavablandırdı.Tibb bacısı da öz növbəsində orqanizmdə baş verən dəyişiliklər barədə məlumat verdi. O,qeyd etdi ki, çox vaxt bu dövrü yaşayan yeniyetmələrdə depressiv hallar və ya əksinə çılğınlıq müşahidə olunur.Bunların keçici olmasını nəzərə alaraq həmin insanlara səbirlə təmkinlə yanaşmaq tövsiyyə olunur. Belə vəziyyətlərin kəskinləşdiyi hallarda psixoloqa müraciət edilməsi də məsləhət görüldü.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi